ADA Universitetinin Corc Vaşinqton Universiteti ilə birgə təklif etdiyi elektrik və elektroenergetika mühəndisliyi üzrə ikili diplom proqramının tələbələri ABŞ-nin Şimali Karolina ştatında yerləşən "Honeywell Smart Energy Systems” və "Duke Enerji" şirkətlərində olublar.
Bu barədə "TehsilMedia.az"a ADA Universitetindən bildirilib.
Səfər Corc Vaşinqton Universitetinin Mühəndislik Məktəbinin Elektrik və Kompüter Mühəndisliyi Departamentinin əməkdaşları tərəfindən təşkil edilib. Tələbələri Elektrik və kompüter mühəndisliyi üzrə magistr proqramının kafedra müdiri professor Can Korman müşayiət edib.
ABŞ-nin ən böyük elektrik enerji şirkətləri arasında yer alan "Honeywell Smart Energy Systems” və "Duke Enerji” artıq 100 ildən çoxdur ki, fəaliyyət göstərir. Sözügedən şirkətlər ABŞ-ın Şarlott şəhərində təsis edilsə də, hazırda bir çox ştatlarında fəaliyyətlərini uğurla davam etdirir.