Mayın 18-də "Heydər Əliyev ili” çərçivəsində Gənclər Festivalı keçirilib.
TehsilMedia.az xəbər verir ki, festivalda Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə akademiyanın Sosial iş və Maliyyə fakültəsinin fəal tələbələri iştirak ediblər.
Festivalda həmçinin tələbələr intellektual oyunlar, idman oyunları, incəsənət guşəsi, Heydər Əliyev guşəsi, konsert proqramı və başqa maraqlı oyunlar və musiqilərlə tanış olublar.