Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərbəst güləş üzrə açıq birincilik keçirilib.
TehsilMedia.az xəbər verir ki, müxtəlif çəki dərəcələrində ümumilikdə 50 idmançının qatıldığı yarışda Azərbaycan Texniki Universitetinin (AzTU) üç tələbəsi birinci, beş tələbəsi ikinci, bir tələbəsi isə üçüncü yerə layiq görülüb. Qaliblərə diplom, medal və Milli Olimpiya Komitəsinin hədiyyələri təqdim olunub.
Qeyd edək ki, AzTU komanda hesabında 2-ci yerdə qərarlaşıb.