Azərbaycan Dillər Universiteti Keyfiyyətin təminatı və monitorinq şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəylinin "Linqvokulturologiya və Gender məsələləri" adlı dərs vəsaiti çapdan çıxıb.
ADU-dan "TehsilMedia.az”a bildirilib ki, Beynəlxalq sertifikatlı dərs vəsaiti CROSSREF elmi-təşkilati bazasında və Beynəlxalq elmi kitabxana sistemində yer alır.
Dərs vəsaitinin Beynəlxalq indeksləşmədə yer alması yerli və dünya elmi tədqiqatçılarının vəsaitə istinad edilməsinə imkan yaradır.