Bakı Dövlət Universitetinin (BDU) Tarix fakültəsinin məzunları (1978-1984) 39 il sonra doğma ocaqda yenidən bir araya gəliblər.
Bu barədə "TehsilMedia.az”a ali təhsil müəssisəsindən bildirilib.
Onlar BDU-nun ərazisini gəzib, universitetdə həyata keçirilən yeniliklərlə tanış olublar. Təhsil aldıqları fakültəyə baş çəkən məzunlar tələbəlik illərini xatırlayıblar.