İyunun 15-də 2022-2023-cü tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu başa çatacaq.
TehsilMedia.az xəbər verir ki, bu barədə Təhsil Tələbə Kredit Fondundan bildirilib.
Qeyd olunub ki, yaz semestri üçün təhsil tələbə krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə (www.e-ttkf.edu.az) müraciət edə bilərlər.
Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla hər gün qəbul olunur.
Qeydiyyat yekunlaşdıqdan sonra da müraciətlərin emalı davam edəcək.