DİM-in Yoxlama-ölçmə materiallarının işlənməsi departamentində məsləhətçi vəzifələri vakansiyalar elan edilib.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, hər bir vəzifə üzrə qulluq funksiyaları, vəzifənin tutulma şərtləri və digər tələblər DİM-in saytının “Vakansiya” bölməsində yerləşdirilib.
Namizədlər müvafiq bölmədə tələblərlə tanış olub "Kadr uçotunun şəxsi vərəqəsi"ni mövzu bölməsində iddia etdiyi vəzifənin adını qeyd etməklə 20 iyul 2024-cü il tarixinədək hr@dim.gov.az elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd edək ki, kadrlar uçotunun şəxsi vərəqəsindən fərqli formada göndərilən müraciətlərə baxılmayacaq.