Lənkəran Dövlət Universitetinin (LDU) tələbələri Polşada tam təqaüdlü təhsil imkanı qazanıblar.
Universitetdən bildirilib ki, Lənkəran Dövlət Universitetinin (LDU) İqtisadiyyat və İdarəetmə fakültəsinin “Turizm işinin təşkili” ixtisasının tələbələri- Axundov Əli Ramil oğlu və Mirzəzadə Kərrar Rayis oğlu Polşanın Varmiya və Mazuri universitetində tam təqaüdlü təhsil haqqı qazanıblar. Əli Axundovun və Kərrar Mirzəzadənin müsabiqə nəticəsində seçim meyarlarına uyğun olduğu müəyyən edilib.
Qeyd edək ki,hər iki tələbə Polşada Erasmus+ K1 proqramı çərçivəsində bir semestr müddətində təhsil alacaq.