Türkiyənin Bursa Texniki Universitetinin (BTU) Metallurgiya və materiallar mühəndisliyi kafedrasının dosenti Ayşe Kalemtaş və Polimer materiallar mühəndisliyi kafedrasının assistenti Duyqu Rüzgar Qazioğlu “Erasmus+” Mobillik Proqramı çərçivəsində Azərbaycan Texniki Universitetində (AzTU) olub.Tehsilmedia.az xəbər verir ki, qonaqlar AzTU-nun rektoru Vilayət Vəliyevlə görüşüb, metallurgiya və materialşünaslıq sahəsində AzTU-da görülə biləcək işlər və birgə layihələrlə bağlı fikir mübadiləsi aparıb.
Səfər çərçivəsində Ayşe Kalemtaş Metallurgiya və materialşünaslıq fakültəsinin tələbələrinə, həmçinin akademik heyətə mühazirə oxuyub.
Duyqu Rüzgar Qazioğlu isə AzTU-nun müvafiq kafedrasının əməkdaşları üçün təlim keçirib.