
[left]Xəzər Universitetində “Sağlamlıq: problemlər və həllər” (“One Health: Problems & Solutions”) mövzusunda 3-cü beynəlxalq konfrans keçirilib.
TehsilMedia.az xəbər verir ki, konfransda Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun əməkdaşları, fizika üzrə fəlsəfə doktorları Rüstəm Rüstəmov, Suma Hüseynova və Səidə Məmmədova “Xərçəng əleyhinə dərman daşıyıcısı olan β-lapakonun qızıl ilə adsorbsiya edilmiş qrafen superqəfəsində öyrənilməsi” (“Studying gold adsorbed on graphene supercell as a drug carrier for anticancer drug β-lapachone”) mövzusu ilə iştirak ediblər.
Tədbirdə məruzə ilə Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rüstəm Rüstəmov çıxış edib. Təqdim olunan mövzuda xərçəng əleyhinə dərman olan β-lapakonun qızıl ilə adsorbsiya edilmiş qrafen səthində xassələri və tibbdə tətbiqləri araşdırılıb.[/left]
