AMEA-nın birinci vitse-prezidenti v.i.e., Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş direktoru, akademik Arif Həşimov və Təhsil, xarici və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmov beynəlxalq simpoziumda iştirak üçün dəvət alıblar.
Bu barədə "TehsilMedia.az"a AMEA-dan bildirilib.
Türkiyənin İstanbul şəhərində təşkil olunmuş simpozium Türkiyə Elmlər Akademiyası və Asiya Elmlər Akademiya və Cəmiyyətləri Assosiasiyası tərəfindən təşkil olunub.
"Fundamental elmin gələcəyində elmlər akademiyalarının rolu” mövzusunda təşkil olunmuş simpoziumda R.Rüstəmov "Fundamental elm və təhsilin davamlı inkişafı platforması: nailiyyətlər və probləmlər” mövzusunda məruzə ilə çıxış edib.
TƏHSİL MEDİA