Magistraturaya qəbul imtahanı Bakı, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəran şəhərlərində keçirilir.
TehsilMedia.az xəbər verir ki, bakalavrın imtahan verəcəyi şəhər Mərkəz tərəfindən bakalavrın faktiki yaşadığı məntəqəyə görə, əgər elektron ərizədə faktiki yaşadığı ünvan göstərilməyibsə, qeydiyyatda olduğu ünvana görə təyin edilir.
Odur ki, faktiki yaşadığı ünvan qeydiyyatda olduğu ünvandan fərqli olan bakalavrlar elektron ərizələrində faktiki yaşadıqları ünvanı mütləq göstərməlidirlər.