İyunun 17-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatı, YAP Gənclər Birliyi və Bakı Ali Neft Məktəbinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev irsinin təşviqi innovativ həllərdə” Rəqəmsal İdeya Müsabiqəsinin bağlanış mərasimi keçirilib.
"
TehsilMedia.az"ın məlumatına görə, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov müsabiqə haqqında məlumat verərək bildirib ki, “Heydər Əliyev İli” çərçivəsində keçirilən müsabiqənin əsas məqsədi Yeni Azərbaycan Partiyasının gənc fəallarının innovasiyayönümlü potensialının aşkarlanması, komanda quruculuğu bacarıqlarının təkmilləşdirilməsi və ölkəmizdəki innovasiya ekosistemində gənclərin iştirakçılığının artırılmasıdır.
Bəxtiyar İslamov qeyd edib ki, müsabiqə üçün respublikanın 63 inzibati ərazi vahidindən 1372 gənc müraciət edib, onlardan 120 nəfər seçilərək 30 fərqli komandada yarışıblar.
"İntellekt Rinqi”nin qalibi olan “Gənc Azərbaycançılar” komandasının üzvləri Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının (AƏSMA) Sosial iş fakültəsinin tələbələri- AƏSMA YAP GB sədri Cavid Carçallı, sədr müavini Məmişov Abidini YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mükafatlandırıb.