“SABAH academy"nin Azərbaycan Texniki Universitetində (AzTU) təşkil etdiyi “Sahibkarlığa giriş” təliminin bağlanış mərasimi keçirilib.Bu barədə "
TehsilMedia.az"a universitetdən bildirilib.
Tədbirdə çıxış edən AzTU-nun prorektoru Rəşad Əliyev bildirib ki, 15 həftə davam edən təlimlərdə dərslər yerli və xarici mütəxəssislər tərəfindən aparılıb. Qeyd olunub ki, tələbələrin bu təlimlərdə iştirakı onların gələcək karyeralarında faydalı olacaq. Rəşad Əliyev sözügedən təlimlərin mütəmadi olaraq keçiriləcəyini də deyib.
“SABAH academy"nin icraçı direktoru Fərhad Paşayev təlimlərdə tələbələrin göstəriciləri ilə bağlı hesabat verib. Daha sonra tələbələrə sertifikat təqdim olunub.