Naxçıvan Dövlət Universitetinin (NDU) tələbəsi vəfat edib.
TehsilMedia.az xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat paylaşılıb.
Bildirilib ki, NDU-nun Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsinin Biologiya müəllimliyi ixtisası üzrə təhsil alan Xanım Məmmədova uzun sürən xəstəlik səbəbindən dünyasını dəyişib.
Qeyd edək ki, X.Məmmədova 3-cü kurs tələbəsi idi.