SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) Ali Məktəbin Kimya mühəndisliyi ixtisasının tələbəsi və Tələbə Gənclər Təşkilatının sədri Aysu Zamanovanın Gənclər Fondu tərəfindən qrant qazandığı “Süni intellekt və maşın öyrənmə” kursu yekunlaşıb.TehsilMedia.az xəbr verir ki, 3 ay müddətində həftədə 2 dəfə keçirilən kursu uğurla bitirən 13 nəfərə sertifikatlar təqdim olunub.
Ümumilikdə bu kursda iştirak üçün 480 nəfər qeydiyyatdan keçib, onlar arasından 26 nəfər seçilərək kursa qatılma imkanı əldə edib.