Universitetlərdə təhsil müddəti 3 ilə endirilə bilər.
TehsilMedia.az xəbər verir ki, Təhsil Naziri Emin Əmrullayev bəzi ixtisaslar üzrə təhsil müddətinin endirilməyə başlanılması barədə düşünüldüyünü bildirib.
Ekspert
Namiq Məmmədov bidlirib ki, Avropanın bir çox ölkələrinin reytinqli universitetlərində magistr təhsili 1 ildir. Bakalavr təhsili isə 3 ildir. Dünya praktikasındakı bu təcrübənin Azərbaycana tətbiq edilməsi müsbət haldır. Çünki bu, tədris ilinin də qısaldılmasına gətirib çıxarır.
Millət vəkili
Ceyhun Məmmədov isə bildirir ki, bu sitemin tətbiqində kredit məsələsi də mühüm rol oynayır. Kredtin həcmi 3 ilə uyğunlaşdırılmalıdır.
Bəs görəsən bunu hansı ixtisaslarda tətbiq etmək mümkündür?
Ekspert
Adil Vəliyev bildirib ki, bəzi ixtisaslar, məsələn İT, Kompüter mühəndisliyi, dizayn və yaxud mühasibatlıq kimi ixtisasları 3 il müddətinə oxuyub bitirmək mümkündür.
Ekspert Namiq Məmmədov bildirir ki, tibb ixtisasının təhsil müddətini azaltmaq qeyri-mümkündür.
Ekspertlərin fikrincə, tədris olunan fənlər arasında qeyri-ixtisas fənlərinin ixtisar olunması çıxış yolu ola bilər.
3 illik təhsil sistemində əsas gücü ixtisas fənlərinə yönəltmək lazımdır. Bu da ixtisas üzrə maksimal biliklərin alınmasına gətirib çıxarır.
TƏHSİL MEDİA