SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) “İntellektual oyunlar klubu”nun təşkilatçılığı və BANM-in Tələbə Gənclər Təşkilatının (TGT) dəstəyi ilə Qubaya "İntellectual Visit 6" adlı gəzinti təşkil edilib.
Bu barədə "
TehsilMedia.az"a ali məktəbdən məlumat verilib.
Bildirilib ki, gəzintidə BANM-in tələbə, məzun və işçiləri olmaqla təxminən 70 nəfər iştirak edib.
Tur zamanı tələbələr arasında 24 sualdan ibarət "Nə? Harada? Nə zaman?" intellektual yarışı və müxtəlif maraqlı oyunlar keçirilib, aşağı kurs tələbələri tərəfindən mini-konsert təşkil olunub.
”İntellectual Visit 6" layihəsinin təşkilatçıları BANM-in "İntellektual Oyunlar Klubu"nun idarə heyəti üzvləri Hüseyn Abızadə, Əli Məmmədli, Əsmər Şıxəmirli, Yusif Hüseynzadə, Asiman Həmzəyev və BANM Tələbə Gənclər Təşkilatının idarə heyəti üzvləri Əlicavad Sadıxzadə və Nazlı İsmayılzadədir.