Ali təhsil pilləsinin doktorantura səviyyəsinə sənəd qəbulu prosesi davam edir.
Bu barədə "TehsilMedia.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sənəd qəbulu portal.edu.az üzərindən həyata keçirilir. Proses 16 may 2023-cü il saat 23:59-da yekunlaşacaq.
"Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi”nə qoşulmuş ali təhsil müəssisələrinə və elmi təşkilatlara doktorantura pilləsi üzrə qəbul olmaq istəyən şəxslər portal.edu.az üzərindən "Şəxsi kabinet” vasitəsilə müraciət edə bilərlər. Sistem üzərindən müraciət üzrə cari və növbəti addımları izləmək də mümkündür. Müraciətlərinə müəssisə tərəfindən müsbət rəy verilən şəxslər xarici dil imtahanlarında iştirak edə biləcəklər.