Aprelin 27-də Azərbaycan Dillər Universitetində Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru Zərifə Əliyevanın anadan olmasının 100 illiyi münasibətilə "Böyük nəslin dastanı: Zərifə xanım Əliyeva” adlı tədbir keçirilib.
ADU-dan "TehsilMedia.az"a bildirilib ki, tədbir Elmi kitabxana və informasiya xidməti mərkəzi, Tibbi biliklərin əsasları və Mülki müdafiə kafedrasının baş müəllimi Rəna Əhmədova və Təhsil 2 fakültəsinin 326a qrup tələbələrinin birgə təşkilatçılığı ilə keçirilib.
Tələbələr- Aygül Hacızadə, Riyad İbayev və Şahin Hacıyev təqdimatla çıxış ediblər.
Aytəkin Əsgərova isə Mirvari Dilbazinin Zərifə Əliyevaya həsr olunmuş şerini səsləndirib.
Tədbirdə universitetin və kafedranın digər əməkdaşları da iştirak ediblər.
TƏHSİL MEDİA