Elm və Təhsil Nazirliyinin akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Arzu Cəlilova ABŞ-ın Massaçusets ştatının Boston şəhərində keçirilən “Neft, qaz və neft mühəndisliyi üzrə beynəlxalq konfrans”da (IOGP 2023) iştirak edib.
İnstitutdan
"TehsilMedia.az" a bildirilib ki, Azərbaycanlı alim konfransda “Oxidative dehydrogenation of 4-vinylcyclohexene in the presence of modified forms of Zr, Fe-pentasyls” mövzusunda məruzə edib və sertifikata layiq görülüb.
Qeyd edək ki, konfransa ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Hindistan, Oman, Koreya, Braziliya, İtaliya, İspaniya, Kanada, Küveyt, Çin, Qana, İran, Fransa, Portuqaliya, Yunanıstan, Tayvan, Malayziya, Mərakeş, Çili, Peru, Əlcəzair, Misir, Çexiya, Litva, Rusiya, Ukrayna, Kolumbiya və s. ölkələrdən alimlər qatılıb.