AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilova İraqda onlayn şəkildə keçirilmiş “Heydər Əliyev və müasir ərəb İslam Şərqi” adlı beynəlxalq elmi konfransda məruzə edib.
İnstitutdan
"TehsilMedia.az" a bildirilib ki, konfransa “Zoom” platforması vasitəsilə qoşulan alim “Dosent Əsmətxanım Məmmədovanın akademik fəaliyyətinə qısa bir baxış” adlı məruzə ilə çıxış edib, fəal iştirakına və elmi əməkdaşlığa görə “Təşəkkür sertifikatı” ilə təltif olunub.
Qeyd edək ki, Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans İraq-Azərbaycan Dostluq və Əməkdaşlıq Assosiasiyası və Respublika Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.