"Qarabağ Universiteti gözlədiyimiz elm-tədqiqat ocağı olacaq. Hər şeyi yenidən və düz qurmaq imkanımız olacaq".
TehsilMedia.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın bu gün keçirilən ümumi yığıncağında çıxışı zamanı deyib.
"Elə edə bilərik ki, kiçik maraqlar böyük maraqları üstələməsin. Universiteti bir gündə qurmaq olmaz. 2024-cü ilin sentyabrında tələbələri, gənc alimləri, müəllimləri orada görmək istəyirik. Bu istiqamətdə bütün resurslarımızı sərf edəcəyik".
Qeyd edək ki, noyabrın 28-də Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin yaradılması barədə Sərəncam imzalayıb.