Dövlət Gömrük Komitəsinin Akademiyasının tələbələri "Heydər Əliyev İli”nə həsr olunmuş xüsusi təyinatlı ali təhsil müəssisələrinin kursantları arasında keçirilən "Xalqa bağışlanan ömür” adında "Xəmsə” intellektual bilik yarışının qalibi olublar.
Akademiyadan "TehsilMedia.az"a bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Akademiyasının təşkilatçılığı ilə keçirilən yarışda ümumilikdə dörd xüsusi təyinatlı ali təhsil müəssisəsinin komandaları iştirak edib.
Yarış iştirakçıları, əvvəlcə FHN-nin Akademiyasının Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Yarışın açılışında çıxış edən FHN-nin və FHN-nin Akademiyasının rəhbər şəxsləri Ümummilli lider Heydər Əliyevin həyat yolu və siyasi fəaliyyətindən söz açaraq keçirilən yarışın əhəmiyyətindən bəhs ediblər.
Sonra bilik yarışına start verilib. Maraqlı və gərgin keçən mübarizənin sonunda böyük xal fərqilə bilik yarışmasının qalibi adına Dövlət Gömrük Komitəsinin Akademiyası layiq görülüb.