2023/2024-cü tədris ili üzrə SABAH qruplarına bakalavriatura və magistratura səviyyələrində tələbə qəbulu üçün infosessiyalar başlayıb.
Bu barədə "TehsilMedia.az"a BDU-dan bildirilib.
Mayın 3-də Bakı Dövlət Universitetində (BDU) SABAH qruplarının bakalavriatura və magistratura səviyyəsində tələbə qəbulu ilə bağlı infosessiya keçirilib. Ali təhsil müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən infosessiyada SABAH qrupları İcra Komitəsinin rəhbəri Eldar Qocayev tələbə qəbulu qaydaları, seçim mərhələləri, tələbə və məzunların naliyyətləri haqqında məlumat verib.
Sonda isə tələbələr tərəfindən verilən suallar cavablandırılıb.