Aprelin 18-da 149 nömrəli tam orta məktəbdə özünü narahat hiss edən və məktəb rəhbərliyi tərəfindən dəvət olunmuş təcili-tibbi yardım tərəfindən səhiyyə müəssisəsinə yerləşdirilən 15 şagirddən 13-ü müvafiq müayinə və tibbi prosedurlardan sonra evə buraxılıb.
TehsilMedia.az xəbər verir ki, bu barədə məktəbdən bildirilib.
Qeyd edilib ki, digər 2 şagirdin vəziyyətinin də qənaətbəxş olduğu bildirilir.