Bakı şəhəri 45 nömrəli tam orta məktəbdə "Heydər Əliyev İli" çərçivəsində məktəblərarası bilik yarışı keçirilib.
TehsilMedia.az xəbər verir ki, yarışda 45, 57, 238, 200, 95, 284, 47, 244 nömrəli tam orta məktəblərin komandaları iştirak edib.
45 nömrəli tam orta məktəbin komandası 1-ci yeri, 238 nömrəli tam orta məktəbin komandası 2-ci yeri, 284 nömrəli tam orta məktəbin komandası 3-cü yeri qazanıb.