Müəllimlərin iş yeri diaqnostik qiymətləndirilmədə və ya işə qəbul müsabiqəsində iştirak etdiyi ixtisas və müvafiq imtahan nəticəsinə əsasən dəyişdirilir.
TehsilMedia.az xəbər verir ki, ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlər bu müsabiqədə iştirak edə bilərlər.
Qeyd edək ki, müsabiqə bir mərhələdə, proqram təminatı tətbiq olunmaqla elektron qaydada həyata keçirilir.