"Müəllimlərin işə qəbulu (MİQ) imtahanı nəticəsi ilə məktəbə qəbul olmuşam. 2 ildir ki, müəllim kimi fəaliyyət göstərirəm".
TehsilMedia.az Bunu "Tehsil.biz"ə Masazır 5 nömrəli məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi Hüseynli Lalə deyib.
O şagirdlərini və peşəsini çox sevdiyini qeyd edib:
"Gənc müəllim olaraq Gənc Müəllimlərin Forumu və bu kimi forumlarda iştirak etmək məni sevindirir. İkinci forumda da iştirak etmişdim. Üçüncü forumda da iştirak etdim. Bu forumların davamlı olmasını arzu edirəm".