İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyin şagirdləri AMEA-nın Tarix İnstitutunun qonağı olublar.
Bu barədə "
TehsilMedia.az"a institutdan bildirilib.
İnstitutun icraçı direktoru, t.ü.f.d., dosent İlqar Niftəliyev və elmi katib Ellada Bəkirova məktəblilərə Tarix İnstitutunda aparılan tədqiqatlar barədə ümumi məlumatlar verib, onları elmi-tədqiqat şöbələri ilə, institutun nəşrləri ilə tanış ediblər.
Görüş müddətində müzakirələr aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.