"Sovet təhsil sisteminin müsbət cəhətlərindən biri də şagirdlər üçün yay düşərgələrinin təşkili idi. Bu düşərgələrdə şagirdlər həm dincəlir, həm də yeni bilik və təcrübə qazanırdılar".
TehsilMedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirib.
Onun sözlərinə görə, bu gün də bir sıra dövlət qurumları, kurslar belə düşərgələri təşkil edirlər, ancaq qiymətlər hər kəs üçün əlçatan deyil:
"Bu gün əksər valideynlərin əsas yay qayğılarından biri övladlarının vaxtlarının səmərəli təşkilidir. Düşünürəm ki, mərhələli şəkildə yay düşərgələrinin dövlət tərəfindən kütləvi təşkili nəzərdən keçirilə bilər. Bunun gənc nəslin sağlam böyüməsinə və yayda vaxtdan səmərəli istifadəyə töhfə verəcəyi düşüncəsindəyəm".