"Bəzi hallarda müəllim olmaq istəyən namizəd test imtahanı mərhələsinə gəlmir".
TehsilMedia.az xəbər verir ki, bunu Təhsil İnstitutunun İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli deyib.
“Hətta müsahibə mərhələsində uğur qazanan namizədlər də bu işdən imtina edir”, - deyə mərkəz direktoru bildirib.
Nurlan İsmayılbəylinin sözlərinə görə, bu da digər namizədin əlverişli imkanı əldən buraxmasına səbəb olur:
“Müəllim olmaq istəyən namizədlərə müraciət edirik ki, keçid balını yığan, lakin işləmək istəməyənlər vakansiya mərhələsində seçim etməsinlər”.