Müəllimlərin işə qəbulu üzrə (MİQ) müsabiqənin iyulun 11-də keçirilən test imtahanında ilk seansın rekorçusu məlum olub.
Qeyd edək ki, bu gün imtahanın ilk seansına riyaziyyat fənni üzrə 4 400 namizəd dəvət olunmuşdu.
TehsilMedia.az azedu.az-a istinadən, xəbər verir ki, birinci seansın ən yüksək nəticəsi 88.75 bal olub.
Bu nəticəyə Süleyman Bağırov imza atıb.
Qeyd edək ki, Süleyman müəllim 2022-ci ilin MİQ imtahanlarında da iştirak edib və 87.5 balla riyaziyyat fənni üzrə respublika ikincisi olub.