Kanadanın paytaxtı Ottavada fəaliyyət göstərən "Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri 23 aprel – Milli Suverenlik və Uşaq Bayramı Gününə həsr olunmuş festivalda iştirak ediblər.
Bu barədə "TehsilMedia.az"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.
Ottavadakı Atatürk Türk dili məktəbinin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən "Qarabağ” Azərbaycan dili məktəbinin şagirdləri doğma dilimizdə mahnı və şeirlər səsləndiriblər.
Tədbirdə yerli dövlət nümayəndələri, Türkiyənin Kanadadakı yeni səfiri Əsra Dəmir, türk icmasının və Azərbaycan diasporunun fəalları iştirak ediblər.