Yevlax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Aran qəsəbəsi və Aşağı Səmədabad kənd tam orta məktəblərində "Narkomaniya ümumbəşəri bəladır” mövzusunda tədbir keçirilib.
TehsilMedia.az xəbər verir ki, çıxış edən Yevlax RPŞ-nin rəisi, polis polkovniki Elnur Mehdiyev və digər iştirakçılar narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat veriblər, bu bəlanın qarşısının alınması istiqamətində görülən genişmiqyaslı tədbirləri diqqətə çatdırıblar.
Şagirdlərə dərslərinə yaxşı çalışmağı, cəmiyyətimiz üçün savadlı və müasir dünyagörüşünə malik şəxsiyyətlər olmaları tövsiyə edilib. Sonda isə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.