"Bu il Cəlilabadda yeni peşə təhsili müəssisəsi açılacaq".
"
TehsilMedia.az"ın məlumatına görə, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru vəzifəsini müvəqqəti icra edən Ceyhun Kərəmov media nümayəndələri ilə keçirilən görüşdə bildirib.
Onun sözlərinə görə, orada heyvandarlıq sahəsi tədris olunacaq:
“Bunun üçün heyvandarlıq sahəsi hazırlanılıb. Müəssisədə əkinçilik, bitkiçilik üzrə ixtisaslar olduğu üçün müəssisəyə yaxın ərazilərdə əkin-biçin işləri aparılacaq”.
"İlin sonunda Lənkəranda yeni peşə təhsili müəssisəsi hazır olacaq. Burada turizm, hotelçilik tədris ediləcək", - Ceyhun Kərəmov qeyd edib.