
Azərbaycan xalqının böyük və yenilməz oğlu, dünyanın korifey siyasətçilərindən Heydər Əliyevin 100 illik yubleyi münasibəti ilə Elmira Yaqubovanın "Heydər Əliyev haqqında esse" adlı kitabı çap olunub.
TehsilMedia.az xəbər verir ki, kitaba ön sözü Türkiyə Respublikası Prezidenti Adminstasiyası Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq,Əməkdaşlıq və Həmrəylik Vəqfinin(TADEV) sədri, Beynəlxalq "Sokrat" mükafatı laureatı, siyasi tarix pofessoru Aygün Attara yazıb.
Kitabın redaktoru filoloq Rəhnumə Mir Sədizadə, elmi redaktoru filologiya üzrə fəlsəfə doktoru Qızılgül Abullayeva, korrektoru UNEC universitetinin xarici dillər kafedrasının baş müəllimi, Natavan Ağayevadır.
TƏHSİL MEDİA