AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan "Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.
Bu barədə "TehsilMedia.az"a AMEA-dan məlumat verilib.
Bildirilib ki, qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bolqarıstana dövlət səfərinə dair məlumat yer alıb.
Bundan əlavə, AMEA və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş tədbir, "Azərbaycanda oftalmologiya elmi məktəbinin banisi”, "Akademik Zərifə Əliyevanın mərhəmət və şəfqət ənənələri Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyətində”, "Akademik Zərifə Əliyevanın zəngin irsi”, "İdrakın elmi metodu və yaradıcı qavrayışın birləşməsi”, "Qurban Səidin (Məhəmməd Əsəd, Lev Nissimbaum) qəhrəmanı nəyə görə Azərbaycan dilində bayatı-şikəstə oxuyur?”, "İşğal dövründə qarət olunmuş mədəni irsimizdən: Sonasar xəzinəsi” sərlövhəli məqalələr verilib.
Bu nömrədə, həmçinin Beynəlxalq Türk Akademiyasının iclası, "Heydər Əliyev və Azərbaycan incəsənəti”, "Heydər Əliyev və Azərbaycan”, "Riyaziyyat və mexanikanın müasir problemləri”, "Novator alim, işıqlı şəxsiyyət” mövzusunda konfranslar, yeni nəşrlər, elanlar, müsabiqə və s. informasiyalarla tanış olmaq mümkündür.
TƏHSİL MEDİA