"Növbəti ildə 31 min müəllimin sertifikasiyaya cəlb olunması nəzərdə tutulur"
AzEdu.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
"2024-cü ildə 11 min 290 müəllim riyaziyyat müəllimi, 12 min 35 ingilis dili müəllimi, rus dili və ədəbiyyatdan (rus bölməsi) üzrə 5 min 868 müəllim, Alman dili 236 müəllim, Fransız dili üzrə isə 322 nəfər müəllim sertifikasiyaya cəlb olunacaq".