"Dünən yerli vaxtla 00:01-də Xəzər dənizində Azərbaycanın Şimal-Şərq hissənində 65 km dərinlikdə maqnitudası 5,5 olan zəlzələ baş verib".TehsilMedia.az xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli iyulun 4-də Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, zəlzələnin maqnitudası az olub, bəzi yerlədə hiss edilib.
"Təkanın baş verməsi 10 saniyədən az çəkib. Heç bir fəsad olmayıb, dağıntılar yoxdur", - professor qeyd edib.