Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutu ilə Odlar Yurdu Universiteti arasında qarşılıqlı bağlanmış müqaviləyə əsasən Ağac-kolların introduksiyası və iqlimləşdirilməsi laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Elnarə Salahova "Berberis L. cinsinə aid olan növlərin tətbiq sahələri” mövzusunda Odlar Yurdu Universitetinin "Biologiya” və "Ekologiya” ixtisaslarında təhsil alan II və III kurs tələbələrinə təlim keçib.
Bu barədə "tehsil.media”a AMEA-dan bildirilib.