Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Əcnəbi dillərin Bakını işğalı, yazıçı Anara açıq məktub və hikkəli cavab...

Maraqlı

19-03-2024, 02:15

Əcnəbi dillərin Bakını işğalı, yazıçı Anara açıq məktub və hikkəli cavab...



Gülyaz Əliyeva
FADMM-in sədr müavini
Bir neçə gün əvvəl yazıçı Anarın ad günü idi... Elə dünən yadıma bir zamanlar Anara yazılmış açıq məktub düşdü... O məktub yazıçı Anara Bakının əcnəbi dillər tərəfindən işğalı ilə bağlı 2021-ci ildə ünvanlanmışdı. (Məktub demişkən, bu arada Məhəmmədhəsən əminin Həzrət Abbasa üz tutub yazdığı məktubu xatırladım...) Bəs niyə o məktub məhz Anara ünvanlanmışdı?
Çünki bir zamanlar biz Anara güvənirdik. Onun Azərbaycan ədəbiyyatı və mədəniyyəti üçün etdiyi xidmətlərin miqyasını yaxşı bildiyimizə görə ondan çox şey umurduq. Həmçinin Anar müəllim Dövlət Dil Komissiyasının sadəcə bir üvü deyil, onun sədr müavini, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı kimi yüksək səlahiyyətlərə malik bir şəxsdir, axı. Məhz ona görə də Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlı açıq məktubunu Anara ünvanlamışdı. Məktub belə başlayırdı:
"Hörmətli Anar müəllim Birbaşa mətləbə keçirəm. Bakı işğal olunub. Əcnəbi dillər tərəfindən. O gün “Fəvvarələr bağı”ndan Kukla Teatrına kimi uzanan Rəsulzadə küçəsində monitorinq keçirdik. Bu küçədə yerləşən 42 ticarət, ictimai iaşə və digər xidmət obyektindən yalnız birinin üzərində obyektin adı və xidmət növü azərbaycanca yazılıb və bu,.. şabalıd satılan kiçik bir köşkdür. Rəsulzadə küçəsindən görüntüləri çəkib gələcəyə saxlasaq, kimsə bu ərazinin nəinki hansı şəhər, hətta hansı ölkə olması barədə qərar verə bilməz. Küçə musiqiçiləri də (üç yerdə rast gəldik) ingiliscə, rusca və türkcə mahnılar səsləndirirdi. Vəziyyət bu qədər acınacaqlıdır. Xan qızı Natəvandan utandım. Özünü Bakının ortasında çox qərib hiss edirdi. Çünki ətrafda buranın Azərbaycan olduğunu göstərən heç bir əlamət yox idi. O, “Hotel Bristol”, “Özsüt”, “Hard rock café”, “Salon de the paul restaurant”, “Mongez du pain vous vivrez bien”, “Tantuni köfte”, “Köz Antep”, “Friday”, “Сыроварня, ресторан, “Cырная лавка” yazılarının əhatəsində boynunu bükmüşdü.
Bütün bunlar Sizin – Azərbaycan Yazıçılar Birliyinin sədrinin, Dövlət Dil Komisiyasının sədr müavininin gözləri qarşısında baş verir. Bu, Sizi narahat etmirmi? Əlli milyonluq xalqın ədəbi dilinin Bakının göbəyində yad dillər qarşısında kapitulyasiya aktına qol çəkməsinə necə təhəmmül edirsiniz? Monitorinq zamanı Füzuli küçəsi, Azərbaycan prospekti, Şıxəli Qurbanov küçəsi, 28 May və Şərifzadə küçələrində də eyni vəziyyətlə üzləşdik… Bir sözlə, Bakı işğal olunub…"Bəli...Bir zamanlar biz çox güvəndiyimiz, öz cəsarətli yazılarına, Qarabağla bağlı verilişdə televiziya məkanında ilk dəfə siqareti yandırıb qullab vurmağını belə qəhrəmanlıq sandığımız, ideallaşdırdığımız Anara bir məktub yollamışdıq. O zaman biz xalqın Qarabağ yanğısını siqaret kimi yandırlb sinəsinə çəkən el ziyalısı sanardıq Anarı - heç kəsin deyə bilmədiklərini bəzən satirik, bəzən yumoristik, bəzən sarkazm, bəzən də kino, ssenari dili ilə ifadə etməyi yaxşı bacaran Anarı, xalqın ağrı-acısını ürəkdən hiss etməsini, xalqın yanında olmasını ürəkdən istədiyimiz, onun dərdlərini açıb soyləmək iqtidarında olan Anarı...Əslində bizim ona güvənməyimiz üçün səbəbimiz var idi. Bir zamanlar Anarın əsərləri, çıxışları, yazıları dövrünə görə çox cəsarətli yazılar idi. "Şəhərin yay günləri"ndə ali məktəblərdəki rüşvətxorluğu hələ heç kəs ağzına alıb danışmayanda o, açıq-açığına tənqid etmişdi. “Adamın adamı", "Evləri köndələn yar" əsərləri yumoristik-satirik ab-havası ilə o dövrkü cəmiyyəti qamçılayan cəsarətli dramaturq mövqeyindən xəbər verirdi ki, bu da oxucu və ya tamaşaçıda müəllifə qarşı bir rəğbət, inam oyadırdı...
Anarın əsərləri həmişə mənim diqqətimi ən çox maraqlı üslubu və dili ilə cəlb edib. “Adamın adamı“ komediyasında tipajların adları belə adama çox şey deyir, müəllifin mənsub olduğu xalqının dilinə, məişətinə, psixologiyaına dərindən bələd olduğundan xəbər verir. Bu mənada mən onu C.Cabbarlı ənənəsinin davamçısı sanır, onunla müqayisə edərdim. C.Cabbarlı da personajlarının adlarını o qədər dəqiqliklə seçirdi ki, adın mənasını bilmək, obrazın xarakterik xüsusiyyətlərinə bələd olmağa bərabər olurdu. "Adamın adamı" əsərində Anar sanki adları açıq kod və şifrəli olaraq seçib, Azərbaycan dilinin imkanlarından ustalıqla istifadə edib. Hər bir tipin adı onun iç dünyasını anlatmaq, müyyən etmək üçün bəlli bir mesaj keyfiyyəti daşımaqdadır. Məsələn, komediyanın qəhrəmanlarından İbiş İbişli, Süsən Sünbül, Fağır Bağır, Fənd Fərəc, Nazlı Qəmzəli, At Balaxanım, Əhməd Biqəm, Xoca Zığzığ, Xəbərçi Xədicə, Mərd Mazarov, Əli Əyrizadə və başqalarının adları belə obrazların daxili aləmini açıb ortaya qoymaqla yanaşı, müəllifin dilimizə və zəngin folklorumuza necə dərindən bələd olmasından da xəbər verir. Anar ədəbiyyat tariximizdə öz yaradıcılığı ilə ən çox diqqəti çəkən bir yazıçı olub. Bəs indi? Nə oldu, nə baş verdi ki, birdən-birə bu qəhrəman, cəsarətli, xalqın yazıçısı sandığımız adam əlinə yenicə qələm alanların da, almayanın da, ona bir zamanlar hədsiz inanıb ideallaşdlranların da, ideallaşdırmayanların da haqlı-haqsız tənqid hədəfinin bir nömrəli nişangahı oldu?Məncə, bunun səbəbi onların hamısının xalq yazıçısı Anardan - Rəsul Rza, Nigar Rəfibəyli xələfindın çox şey gözləməkləri, ona güvənməkləri, ondan umduqları ilə bağlıdır. Bir xalqın danışan dili olmasını istədikləri Anardan bunu görməyincə, əvəzində mübhəm sükutu ilə daha çox yadda qaldıqca ondan kömək umub, ona güvənənlər Anarı elə özlərinin qaldığdığı dağdan yavaş-yavaş endirməyə başladılar. Başqalarını bilmirəm, mənim ona inamımın azalmağı Filoloji Araşdırmalar və Dil Monitorinqi Mərkəzinin sədri Vasif Sadıqlının 2021-ci ildə yazıçıya Ana dilimizin taleyi ilə bağlı ünvanladığı məktuba uzun müddət susduqdan sonra məsələyə obyektiv yanaşmaq əvəzinə, qərəzli və bir qədər hikkəli, subyektiv yöndən cavab verməsindən sonra başladı. Halbuki biz ana dilimizlə bağlı narahatlığımıza cavab verəcək, çarə tapacaq bir Adam sanmşdıq Anarı.
Ondan Ana dilimizin Adamı olmasını istəmişdik ... Bakı küçələrində əcnəbi reklam və obyekt adlarının əhatəsində Azərbaycan dilini özünün təsvir etdiyi Həsir Məmmədnəsir günündən qurtarmasına yardımçı olmasını istəmişdik...
Bir nüansa diqqət çəkim. Sovet dövründə "Amfibiya adam" filmi Bakıda çəkilib. O zaman filmi çəkəndə küçələrdəki lövhələri götürüb, əcnəbi şəhərinə oxşasın deyə lövhələri xarici dildə yazıblar. Çünki onda lövhələrin əksəriyyəti Azərbaycan dilində idi. Xarici ölkələrə aid lövhələr qoyub filmi çəkiblər. Bəs bu gün necə? Bu gün Bakıda xarici film çəkmək üçün bir lövhəni belə dəyişmıyə ehtiyac varmı? Belə olarsa, Bakıda lövhələri dəyişmək lazım olmayacaq, onsuz da hamısı xarici dillərdədir. Əgər indi Azərbaycana aid film çəksələr, gərək o lövhələri götürüb əvəzinə azərbaycanca lövhələr qoysunlar ki, şəhərin Azərbaycan şəhəri olduğu bilinsin.Hal-hazırda Azərbaycan dili Bakı küçələrində təkcə şəhərin yay günlərində deyil, bütün fəsillərində boynubükük görünür... Təəssüf ki, Anara Ana dilimizin Bakıda işğalı ilə bağlı ünvanladığımız məktubdan hələ də istədiyimiz cavabı ala bilməmişik. Anar müəllim bu məsələyə münasibət bildirməli idi, təəssüf ki, bildirmədi. Niyə? Əcəba, məktub düz ünvanlanmamışdımı?

Oxunub: 494
Paylaş:
Digər xəbərlər

Köşə

5-02-2024, 11:14

Açıq Məktub - Təhsil.

Məktəblər / Layihələr

17-01-2024, 13:24

Xalq yazıçısı Anar məktəblilərlə görüşəcək

Məktəblər

9-11-2023, 14:54

Əsgərə məktub... - FOTO

Kolleclər

25-05-2023, 23:57

İqtisadiyyat və Humanitar Kollecdə bir qrup şair və yazıçı ilə görüş olub - FOTO

Elm və təhsil

7-06-2023, 10:00

İkinci Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı çərçivəsində Xalq yazıçısı Anarla görüş olub - FOTO

Araşdırma
Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Elm və Təhsil
Bugün, 13:50
"Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
Bugün, 13:49
ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
Bugün, 13:49
Yaponiyada yeni fənn tədrisinə başlanılıb
Bugün, 13:48
Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
Bugün, 13:47
DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
Bugün, 13:47
Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
Hadisə
Bugün, 12:37
Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
Bugün, 01:16
Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
Son xəbərlər
  • Bugün, 13:50
    "Akademik göstərici Scopus-la müəyyənləşdirilməlidir"
  • Bugün, 13:49
    ATU tələbələri istənilən ölkədə rezidentura oxuya bilər
  • Bugün, 13:49
    Yaponiyada yeni fənn tədrisinə başlanılıb
  • Bugün, 13:48
    Deputat: Türk dövlətlərinin birliyi məktəblərlə möhkəmlənir
  • Bugün, 13:47
    DİM "Magistr" jurnalının 4-cü nömrəsini nəşr edib
  • Bugün, 13:47
    Paytaxtda IX sinif üzrə 2 370 nəfər məktəbi fərqlənmə attestatı ilə bitirib
  • Bugün, 13:46
    Avstraliyada təhsil müəssisələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • Bugün, 13:45
    Rus dilinin sonu yaxınlaşır -Təhsildə dəyişiklik SİQNALLARI
  • Bugün, 13:42
    MİQ-də apellyasiya müraciətləri başladı
  • Bugün, 13:22
    Zemfira Hüseynbəyli bayram tədbirinə 38 000 manatlıq briliant kolye ilə gəldi
  • Bugün, 12:37
    Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
  • Bugün, 01:16
    Müəllimlərə DƏSTƏK: SAPI ÖZÜMÜZDƏNDİR
  • Dün, 11:33
    Sumqayıtda nitq problemi olan uşaqların sayı artır: Valideynlərə xəbərdarlıq - MÜSAHİBƏ
  • Dün, 09:56
    Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
  • 2-07-2025, 16:57
    Tanınmış jurnalistdən rusdilli məktəblərlə bağlı MÜHÜM AÇIQLAMA: "Mövcud xaosu aradan qaldırmaq üçün..."
  • 2-07-2025, 10:22
    Sertifikasiyada uğursuzluq: müəllimlər özlərini necə toparlaya bilər?
  • 2-07-2025, 10:21
    Təhsildə yüksək nəticə: Qızlar, yoxsa oğlanlar?
  • 2-07-2025, 10:19
    Təkrar sertifikasiyadan kəsilən müəllimlər işlə təmin edilə bilər
  • 2-07-2025, 10:15
    Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan təhsilverənlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.
  • 2-07-2025, 00:01
    Azərbaycanda rusdilli məktəblər bağlanır...
  • 2-07-2025, 00:00
    Təkrar sertifikasiyadan uğur qazanmayan müəllimlərlə görüşlər keçirilir
  • 1-07-2025, 23:59
    Azərbaycanda bu qədər məktəbin fəaliyyəti dayandırıla bilər
  • 1-07-2025, 23:58
    Bu günə qədər 7398 müəllimin əmək müqaviləsinə xitam VERİLİB
  • 1-07-2025, 23:56
    Təkrar sertifikatlaşdırma suallarında səhv aşkarlanmayıb - Nazirlik
  • 1-07-2025, 11:32
    Məktəbli formaları 25 faiz UCUZLAŞDI
  • 1-07-2025, 11:30
    Magistraturaya ixtisas seçiminin tarixi AÇIQLANDI
  • 1-07-2025, 11:29
    Sertifikasiya: Suallar çətindirsə, vaxt artırılmalıdır?
  • 1-07-2025, 11:28
    Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edib
  • 1-07-2025, 11:28
    Nazir Oğuzda vətəndaşları qəbul edəcək
  • 1-07-2025, 11:27
    Dağlıq Şirvan regionunda bu qədər bağça var - SAY
  • 1-07-2025, 11:26
    "60 sualdan 10 suala da, 56 suala da doğru cavab verənə eyni formada müəllim demək ədalətsizlikdir"
  • 30-06-2025, 18:22
    Qabiliyyət imtahanı komissiyaları üzrə apellyasiya müraciətlərinə baxılacaq
  • 30-06-2025, 18:21
    “Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib
  • 30-06-2025, 18:20
    “Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır
  • 30-06-2025, 18:19
    Gürcüstanın yeni təhsil naziri təyin edilib - YENİLƏNİB
Daha çox
Dün, 09:56
Təhsildəki OYUN pozulacaq, yoxsa ədalətsizliyə davam edəcəklər???
28-06-2025, 14:06
Sertifikatlaşdırma prosesi ilə bağlı saxta xəbər kampaniyası başlayıb - MÜTDA ittihamlara belə reaksiya verdi
28-06-2025, 14:04
Bu suallar sertifikasiyada istifadə edilməyib - Rəsmi CAVAB
30-06-2025, 12:35
Bu şəxslər MİQ imtahanında iştirak EDƏ BİLMƏZ
30-06-2025, 07:35
İlkin Fərəcovun faciəsi: "Kurort" QSC-nin sistemli məsuliyyətsizliyi qurban tələb edir.
Bugün, 12:37
Müəllimlər ayağa qalxıb, bəs Həmkarlar hardadır???
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə