Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən 294 saylı tam orta məktəbdə təhsildən geri qalan şagirdlər valideynləri tərəfindən məktəbdən çıxarılıb. Artıq kütləvi hal alan bu neqativ məsələ 294 saylı tam orta məktəbin nəzarətsiz qalmasının, habelə rəhbəri olan Ruhiyyə Tağıyevanın idarə etdiyi məktəbdə baş verən müəllimlərin davamiyyətsizliyi, Azərbaycan dili fənni, Riyaziyyat fənni üzrə müəllim çatışmamazlığı məktəbdə təhsil səviyyəsinin aşağı düşməsi artıq şikayətçi olan valideynləri çarəsiz halda buraxıb və narazı şagird və valideynlər çıxış yolunu təhsil ocağını dəyişməkdə görürlər.
SəhərMedia - ya istinadla bildiririk ki, müəllim çatışmamazlığını bəhanə gətirərək şagirdləri hazırlığa cəlb etmə üsulu bu məktəbin sanki iş prinsipidir. Bəs bu cür idarəetmə halları varsa, niyə Bakı Təhsil idarəsi hələ də Ruhiyyə Tağıyevanı bu kürsüdə saxlayır?! Müəllimlərlə və məktəbin neqativ hallarının çoxluğu ilə bağlı redaksiyaya daxil olan valideyn şikayəti deyəsən 294 saylı tam orta məktəbin direktorunu heç maraqlandırmır.Məsələ ilə bağlı qarşı tərəfin mövqeyini öyrənmək üçün məktəbin əlaqə nömrəsi ilə əlaqə saxlasaq da, şikayəti dinləmədən direktor dəstəyi asdı. Bu addımı ilə özü də bilmədən bütün neqativ halları təsdiqləmiş oldu.
Qaradağ məktəblərindən biri olan 294 saylı tam orta məktəbin fəaliyyətinin, direktorun zəif idarəetmə və müəllimlərin hazırlığa cəlb etmə hallarının araşdırılması üçün Qaradağ Təhsil sektorundan, Bakı Təhsil İdarəsindən, Elm və Təhsil Nazirliyindən xahiş edirik. Məsələ ilə bağlı araşdırmalarımız davam edir, mövzuya qayıdacağıq.