Bakıdakı 132-134 nömrəli Təhsil Kompleksinin şagirdi vəfat edib.
tehsil.media xəbər verir ki, bu barədə təhsil müəssisəsi məlumat yayıb.
Məlumata görə, məktəbin X sinfində təhsil alan 2007-ci il təvəllüdlü Cəmilə Rəhimova dünyasını dəyişib.
C.Rəhimovanın mayın 15-də Bakının Binəqədi rayonunda yerləşən mənzildə dəm qazından boğularaq öldüyü bildirilir.