"Məktəb direktorlarına tam müstəqillik verilməsi doğru olmaz, çünki bu bəzi neqativ hallara səbəb olur".
tehsil.media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: peşəkar müəllim-keyfiyyətli təhsil" adlı tədbirdə respublika üzrə sertifikasiya imtahanında yüksək nəticə göstərən müəllimlərlə görüşündə çıxışı zamanı bildirib.
"Bu, təxminən 2000-ci illərin əvvəlinə qədər belə idi. Həmin illərin statistikasına baxanda görürük ki, bəzi direktorlar məktəblərə kimləri müəllim kimi işə götürüb", - nazir qeyd edib.
Nazir həmçinin qeyd edib ki, yalançı elmi dərəcə alan adamların olduğu cəmiyyətdə müəllimlərə, direktoralara həvəsləndirici orden, medal və adların verilməsi çətindir.
"Saxta yolla alim adı almış adamla, səmərəli, yaxud səmərəsiz alimi qarışdırmaq olmaz. Biz cəmiyyət olaraq, saxta yollarla bu cür dərəcələr almış adamları ifşa etməliyik".