Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

BDU, YAP və Ankara Universitetinin birgə təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirilir - FOTO

Elm və təhsil

26-04-2023, 16:07

 

Bakı Dövlət Universiteti (BDU), Yeni Azərbaycan Partiyası (YAP) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan "Müstəqil Azərbaycanın memarı" adlı Beynəlxalq elmi konfrans keçirilir.

BDU-dan "tehsil.media"a bildirilib ki, konfransdan əvvəl tədbir iştirakçıları Fəxri xiyabanda Ümummilli Liderin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Daha sonra "Gülüstan” sarayında Beynəlxalq elmi konfransın açılışı olub. Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib.

Daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov çıxışında bildirib ki, müasir, müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin zəngin milli-mənəvi dəyərlərə və çoxəsrlik dövlətçilik ənənələrinə malik xalqımıza ən böyük tarixi və mənəvi-siyasi mirasıdır: "Müdrik dövlət xadimi Heydər Əliyevin liderliyi ilə Yeni Azərbaycan Partiyası dövlətimizin maraqlarına uyğun prinsipial mövqe ortaya qoyaraq qısa zamanda xalqın böyük dəstəyini qazandı. Heydər Əliyev şəxsiyyətinə sarsılmaz inam Yeni Azərbaycan Partiyasının da yüksək nüfuz qazanmasını şərtləndirdi. Həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində sabitlik və təhlükəsizlik mühitinin yaradılması, xarici dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığın qurulması və münasibətlərin bərabərhüquqlu tərəfdaşlıq prinsipi əsasında inkişaf etdirilməsi, beynəlxalq təşkilatlarda yüksək fəallığın təmin olunması və digər mühüm addımlar müstəqilliyin möhkəmləndirilməsini, Azərbaycanın regionda rolunun artmasını, qlobal siyasi arenada imkanlarının genişlənməsini təmin etdi, ölkəmiz beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşa çevrildi. Bugünkü beynəlxalq elmi konfrans da Heydər Əliyevin xalqımız qarşısında müstəsna xidmətlərinin, Ulu Öndərin bizə bəxş etdiyi müstəqil Azərbaycanın inkişaf yolunun hərtərəfli öyrənilməsi baxımından mühüm əhəmiyyətə malikdir".

Tahir Budaqov qeyd edib ki, Ümummilli Liderin xalqın firavan gələcəyi və dövlətin parlaq perspektivləri naminə müstəsna xidmətlərindən biri də siyasi varisliyin təmin olunmasıdır: ”Ulu Öndərin siyasi varisi olan Prezident İlham Əliyev 2003-cü ildə xalqın iradəsi ilə Prezident seçildikdən sonra ölkəmizin inkişafında yeni mərhələnin əsası qoyuldu. Azərbaycan dövləti öz iqtisadi, siyasi, hərbi gücü və xalqımızın mübarizə ruhu, əzmkar mövqeyi sayəsində yeni zirvələrə doğru inamla irəliləməyə başladı, bütün sahələrdə möhtəşəm və tarixi əhəmiyyətə malik uğurlar əldə olundu. Ölkəmizin ərazi bütövlüyünün bərpa olunması – 44 günlük Vətən müharibəsində qazanılmış şanlı qələbə sayəsində torpaqlarımızın işğaldan azad edilməsi isə Heydər Əliyev ideyalarının təntənəsi, Prezident İlham Əliyevin uğurlu və uzaqgörən siyasətinin real nəticəsidir”.

Konfransda çıxış edən BDU-nun rektoru Elçin Babayev deyib ki, həyatının məqsədi, başlıca amalı Azərbaycanın müstəqilliyi, doğma xalqının xoşbəxtliyi olan Ulu Öndər bütün mənalı ömrünü bu məqsədə nail olunmasına sərf edib: "Ümummilli Lider öz soy-kökünə, milli-mənəvi dəyərlərimizə söykənərək misilsiz xidmətlər göstərib, bu müqəddəs missiyanı uğurla, şərəflə, cəsarət və mərdliklə yerinə yetirib. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoyub. Müdrik xalqımız hələ ötən əsrin 70-ci illərindən başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycanın taleyində yeni mərhələnin başlanğıcını qoyduğunu, Azərbaycanın müstəqilliyə gedən yolunun təməllərini formalaşdırdığını çox yaxşı dərk edir. Məhz həmin illərdən başlayaraq Azərbaycan Heydər Əliyevin inanılmaz səyləri ilə sovetlər birliyinin geridə qalmış respublikasından sənayenin inkişaf etdiyi bir ölkəyə çevrildi. Ölkəmiz üçün mürəkkəb bir dövrdə, onun parçalanmaq, bölünmək təhlükəsi ilə üzləşdiyi illərdə Ulu Öndər Heydər Əliyev yenidən xalqımızın nicatı oldu. O, xalqın çağırışı ilə yenidən və bu dəfə daha böyük əzm və inamla Azərbaycana rəhbərliyə qayıdaraq xilaskarlıq missiyasını davam etdirdi. Ulu Öndər tərəfindən tez bir zamanda qüdrətli Azərbaycan dövlətinin inkişaf strategiyası müəyyən edildi. Ulu Öndər Heydər Əliyevin ikinci dəfə ölkəyə rəhbərlik etdiyi 1993-2003-cü illər müstəqil Azərbaycanın tarixinə qızıl dövr kimi yazıldı. Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul olundu. Ölkəyə yatırılan investisiyalar, həyata keçirilən beynəlxalq layihələr, Ulu Öndər Heydər Əliyevin misilsiz neft strategiyası dövlətimizi qüdrətləndirdi. Ölkəmizin beynəlxalq nüfuzu, iqtisadi və hərbi qüdrəti yeni, yüksək mərhələyə qədəm qoydu”.

Rektor bildirib ki, 2003-cü ildə xalqımızın birmənalı dəstəyi ilə Prezident seçilən cənab İlham Əliyev ötən illər ərzində sarsılmaz təməlləri Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik siyasətini əzmlə inkişaf etdirərək ölkəmizi dünyanın qüdrətli dövlətlərindən birinə çevirdi. Müqəddəs ata vəsiyyətini, işğal olunmuş ərazilərimizin azad edilməsi ilə bağlı xalqımızın ən ülvi və müqəddəs arzusunu şərəflə yerinə yetirdi, xalqımız müzəffər xalq olduğunu bütün dünyaya sübut etdi: "Xalqımız Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini ona olan böyük sevgi və ehtiram hissi ilə yanaşı, müzəffər xalq olaraq böyük qürur, fəxarət və möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlıq hissləri ilə qarşılayır. Eyni zamanda xalqımız Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə bir neçə gündən sonra yaradılmasının şanlı 20 illik yubiley ilinə qədəm qoyacaq Heydər Əliyev Fondunun Ulu Öndərin tükənməz irsinin tədqiqi və təbliği sahəsindəki əvəzsiz xidmətlərini yüksək qiymətləndirir. Bu gün Ulu Öndərin hər zaman sonsuz diqqət və qayğı ilə yanaşdığı, "Mən çox xöşbəxtəm ki, Bakı Dövlət Universitetinin məzunuyam” - kəlamı ilə adını, şöhrətini zirvələrə ucaltdığı, eyni zamanda Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandırdığı BDU-nun kolektivi də bütün xalqımız kimi 2023-cü ilin "Heydər Əliyev İli” elan edilməsi haqqında Sərəncamı rəğbətlə qarşılayır, həmişə olduğu kimi, bu yubiley günlərində də Ulu Öndərin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edir”.

Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub.

Baş nazirin müavini, YAP sədrinin müavini Əli Əhmədov bildirib ki, bu gün Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri haqqında daha kamil ifadələri işlədə bilirik: "Çünki onun qurduğu Azərbaycan bu gün daha qüdrəti və güclü dövlət kimi beynəlxalq aləmdə öz sözünü deyə bilir. Bundan sonra da Azərbaycan dövləti beynəlxalq aləmdə güclü mövqeyini davam etdirəcək".

Elm və təhsil naziri Emin Əmrullayev isə çıxışında vurğulayıb ki, yüz illik dövrdə elm və təhsil adına əldə etdiyimiz dinamika məhz ötən əsrin 70-80-ci illərində qeydə alınıb: "Ulu Öndər Heydər Əliyevin 70-ci illərdə ali təhsillilərin sayının artırılmasında böyük rolu var. Məhz bu dövrdə Azərbaycanda elm və təhsil sahəsində geriyə dönüşü olmayan müsbət dinamikanın təməli qoyulub. Azərbaycan dilində tədris verən ümumi təhsil müəssisələrinin sayının artırılması və bu kimi irəliləyişlər məhz onun adı ilə bağlıdır. 1970-ci ildən başlayaraq 15 minə yaxın gəncin ölkədən kənarda təhsil almasının dəstəklənməsi məhz Heydər Əliyevin dövründə olub".

Milli Məclis sədrinin I müavini Əli Hüseynli qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müstəqil Azərbaycan uğrunda mübarizədə yeri əvəzolunmazdır: "Ulu Öndər Heydər Əliyev dövlət müstəqilliyimizin əbədiliyini, Prezident İlham Əliyev isə Azərbaycanın ərazi bütövlüyünü təmin etdi”.
Ankara Universitetinin prorektoru Hasan Serdar Öztürk isə Ulu Öndər Heydər Əliyevi "türk dünyasının ən böyük liderlərindən biri” adlandırıb və onun tarixi xidmətlərinin unudulmaz olduğunu deyib.

Qeyd edək ki, konfrans 2 gün ərzində 3 bölmədə işini davam etdirəcək, 110-dan çox məruzə dinləniləcək. Konfransın işində ölkəmizin müxtəlif qurumlarından olan alimlərlə yanaşı, Türkiyə və İsraildən də qonaqlar iştirak edir.


Oxunub: 318
Paylaş:
Digər xəbərlər

Məktəblər

23-04-2023, 11:07

Heydər Əliyev və akademik Zərifə Əliyevaya həsr olunan seminar keçirilib - FOTO

Elm və təhsil

21-04-2023, 12:36

“Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda elmi-praktik konfrans keçirilib - FOTOLAR

Ali təhsil

16-04-2023, 13:15

ADU-da elmi-praktik seminar keçirilib

Elm və təhsil / Mədəniyyət

18-04-2023, 22:38

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “Əbədiyyətdə doğan günəş” adlı tədbir keçirilib - VİDEO

Kolleclər

26-04-2023, 11:00

Gəncə Tibb Kollecində Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş konfrans keçirilib - FOTO

Araşdırma
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
Bu müəllimlərə çox böyük haqsızlıq edildi!
1 saylı Bakı Ərazi İdarəsinin rəisi Mustafa Rəşidov vətəndaşları dövlətə qarşı necə qaldırır? - ŞOK DETALLAR
Elm və Təhsil
Dün, 23:31
Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
Dün, 13:03
UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
25-06-2025, 23:26
Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
25-06-2025, 19:35
Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
25-06-2025, 14:19
Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
Hadisə
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
24-06-2025, 18:54
Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
Son xəbərlər
  • Dün, 23:31
    Sumqayıtlı gənc dünyanı fəth edir: Uğur, əzm və gələcəyə baxış - MÜSAHİBƏ
  • Dün, 13:03
    UNEC-də Layihə əsaslı öyrənməyə keçid: Dizayn təhsilində yeni mərhələ
  • 25-06-2025, 23:26
    Vüsalə Ağabəyli elmlər doktoru elmi dərəcəsinə layiq görüldü
  • 25-06-2025, 19:35
    Təhsil” istirahət mərkəzi yeni mövsüm üçün qapılarını açıb.
  • 25-06-2025, 18:26
    Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
  • 25-06-2025, 14:19
    Məktəb Direktoru və müavini vəzifəsindən sui-istifadəyə necə yol verdi 240 Nömrəli məktəbdə nələr baş verir?
  • 25-06-2025, 13:12
    Bazar günü rezidenturaya qəbul imtahanı keçiriləcək
  • 25-06-2025, 13:11
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:10
    Sertifikasiyadan kəsilən 5054 müəllim işdən ÇIXARILIB
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:09
    Bugünkü sertifikasiyaya 7096 müəllim ÇAĞIRILDI
  • 25-06-2025, 13:08
    II-III qruplarda 2-ci cəhd imtahanları keçiriləcək
  • 25-06-2025, 09:45
    Sertifikasiya nəticələrindən narazı olanların nəzərinə!
  • 25-06-2025, 09:42
    NAZİRDƏN ŞOK AÇIQLAMA-" Təqdim olunan diplomların saxta və ya orijinal olduğunu sübut etmək olmur"
  • 24-06-2025, 18:54
    Keçmiş şöbə müdiri nazirliyi "yıxıb sürüdü" - "Biabırçılığı bildiyinə görə müəllimlərin etirazını görmür"
  • 24-06-2025, 18:19
    Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
  • 24-06-2025, 15:44
    DİM bu imtahana qeydiyyat elan edib
  • 24-06-2025, 15:43
    Respublika Fənn Olimpiadalarının qaliblərinə mükafatlar təqdim olunub
  • 24-06-2025, 13:55
    Elmi-kütləvi ədəbiyyatların tərcüməsi məşğul olanlara pul verilsin!
  • 24-06-2025, 13:55
    İbtidai təhsilin beş il olması təklif edilir
  • 24-06-2025, 13:54
    Prioriterimiz təhsil sistemini bir qədər sadələşdirməkdir
  • 24-06-2025, 13:53
    Nazir: Bəzi fənlər şagirdlərə lazım olan bacarıqları vermir
  • 24-06-2025, 13:52
    Qarabağ Universitetində vakansiya var
  • 24-06-2025, 13:51
    Bölgələrdə lisey və gimnaziyaların sayı artırılacaq
  • 24-06-2025, 13:50
    Məktəbli formaları dəyişməyəcək - Emin Əmrullayev
  • 24-06-2025, 13:48
    Məktəbəqədər təhsillə bağlı qanuna dəyişiklik - Deputatlar təsdiqlədi
  • 24-06-2025, 13:46
    FHN yanında İctimai şuranın yeni tərkibdə ilk iclası keçirilib
  • 24-06-2025, 13:37
    Nazir müəllimlərə çağırış etdi: Səbirli olun, şikayətlərə baxılacaq
  • 24-06-2025, 13:36
    Sertifikasiya imtahanında sullar çətin olub? - Nazirdən REAKSİYA
  • 24-06-2025, 10:34
    Psixoloq qəbuluna dair apellyasiya prosesi başladı
  • 24-06-2025, 10:33
    "Biri aldadıldığını, digəri isə aldatmadığını deyir" - olimpiada qalmaqal böyüyür
  • 24-06-2025, 10:31
    Qabiliyyət imtahanlarına 36778 abituriyent qeydiyyatdan keçib
  • 24-06-2025, 10:31
    Bu gün onlar sertifikasiyadan keçəcək...
  • 24-06-2025, 10:30
    DİM: İdmandan qabiliyyət imtahanları 4 normativ üzrə götürülür
  • 23-06-2025, 16:08
    Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
Daha çox
20-06-2025, 07:55
Müəllimlərə qarşı qəddarcasına münasibətin səbəbi məlum oldu...
24-06-2025, 18:19
Afaq Əliyeva haqqında daha bir ŞOK İDDİA: Şagirdləri 5 ildir sinifdə saxlayırmış - FOTOFAKT
25-06-2025, 18:26
Sosial-İqtisadi Kollecin direktoru Şəhriyar Laçınov dövlətin pullarını BELƏ MƏNİMSƏYİR - ŞOK İDDİA
23-06-2025, 16:08
Naftalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Adilə Bağırovanın ŞOK ƏMƏLLƏRİ: Görün müəllimin başına hansı oyunları açıb ...
20-06-2025, 16:59
Afaq Əliyeva yenə HƏRƏKƏTƏ KEÇDİ: Bu dəfə məktəbin müəllimi Lalə Şəfaqətovanı HƏDƏFƏ ALIB - ŞOK PLAN
22-06-2025, 00:01
“Kurort” QSC-nin fəaliyyətindən narazılıqlar artır
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə