"5 yaşlı uşaq I sinfə gedə bilməz".
tehsil.media xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdir müavini Orxan Abbasov "Təhsil masası”nda deyib.
Onun sözlərinə görə, 5 yaşlı uşaqlar məktəbəhazırlıq qruplara qəbul ola bilərlər və prosesə avqust ayında başlayacaq:
"Məktəbəhazırlıq qrupuna cəlb edilən uşaq təhsilini elə həmin məktəbdə davam etdirərsə, sistem özü həmin valideynin övladını avtomatik qeydiyyata salır", - deyə nazirlik rəsmisi qeyd edib.
Xatırladaq ki, mayın 11-dən 2023-2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.