Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

Nazir 7 yaşlı Fəridin ölümündən danışdı

Məktəblər

4-05-2023, 18:30

Nazir 7 yaşlı Fəridin ölümündən danışdı

 

Elm və təhsil naziri Emin Əmrullayev aprelin 29-da Sumqayıtda Hacı Zeynalabdin qəsəbəsində yerləşən 19 nömrəli məktəbin idman zalında 7 yaşlı Fərid Bakarovun ölümü ilə nəticələnən hadisəyə münasibət bildirib.

tehsil.media APA-ya istinadən xəbər verir ki, nazir jurnalistlərə açıqlamasında hadisənin görüntülərini ürək ağrısı ilə izlədiyini və bunun çox təəssüf doğuran hadisə olduğunu deyib.

"Bu hadisə yəqin ki, bir fərdin cinayət ehtimalı daşıyan davranışı ilə əlaqədardır. İnanmıram ki, bu hadisə bütün məşqçilərin, idmanın və idman zallarının fəaliyyətinə kölgə salacaq. Çünki sadəcə Elm və Təhsil Nazirliyinin sistemində 60 mindən artıq şagird idmanla məşğul olur. İnanırıq ki, hüquq-mühafizə orqanları tərəfindən məsələyə müvafiq hüquqi-qiymət veriləcək. Eyni zamanda dediyim kimi, bu hadisənin bütün idman sisteminə şamil edilməsi düzgün olmaz. Bizim idman müəssisələrimiz, təhsil müəssisələrimiz, uşaq-gənclər idman məktəbləri öz fəaliyyətlərini davam etdirirlər. Orada onlarla beynəlxalq turnirlərin qalibləri çalışırlar və bu, uşaqların sağlamlığı üçün vacibdir”, - E.Əmrullayev deyib.

Nazir qeyd edib ki, bu gün Azərbaycan qanunvericiliyinə görə, məşqçi kimi fəaliyyət göstərmək üçün lisenziya tələb olunmur:

"Biz də fəaliyyətimizi qanunvericiliyə uyğun qururuq. Təbii ki, sabah belə bir tələb olarsa, biz də həmin şəxsləri işə götürəndə həmin tələblərə əməl edəcəyik. Sözügedən şəxs ötən ilin axırlarında işə qəbul olunub və qanunvericiliyin tələbi prinsipcə pozulmayıb. Həm ali təhsilli məşqçi, beynəlxalq turnirlərin qalibi və idman ustası kimi tanınan şəxs olub.

O ki qaldı idman zalına, bura icarəyə verilməyib. Bir çox rayonlarda idmanla məşğul olmaq istəyən şagirdlərimizin sayı çox olduğuna görə, ayrı-ayrı məktəblərin zalları uşaq gənclər mərkəzlərinin məşqçilərinin istifadəsinə verilir. Burada məktəbin maliyyə qazancı məqsədi yoxdur. Sadəcə olaraq əhatəliliyi təmin etmək üçün bu prosedur icra edilir”.

Məktəbli olmayan, azyaşlı uşağın qeydiyyatdan kənar məşqə cəlb olunmasında məktəb rəhbərliyinin məsuliyyətinə gəlincə isə nazir qeyd edib ki, bu və ya digər baş vermiş hadisədə təqsirkarı müəyyənləşdirmək Elm və Təhsil Nazirliyinin yox, hüquq-mühafizə orqanlarının işidir:

"Bizim tərəfdən proses belə tənzimlənir ki, məşqçi tərəfdən uşaqlar jurnala əsasən məşqə cəlb olunmalıdır. Amma təəssüf ki, bu halda məşqçi tam qeydiyyatda olmayan uşağı da məşqə cəlb edib və belə görünür bu hal daha əvvəl də baş verib. Burada məsuliyyət birbaşa onundu və qanun pozuntusuna yol verib. O ki qaldı məktəb rəhbərliyinin cavabdehliyinə, düşünürəm ki, bu məsələ araşdırılmalıdır. Çünki zal dərs vaxtlarından kənar istifadəyə verilir. Hansı formatda istifadəyə verilməsinə proses zamanı yəqin ki, hüquqi qiymət verilə bilər. Bu hadisədən çıxarılan dərs ondan ibarətdir ki, həm məktəblər, həm valideynlər, həm məşqçilər, həm də federasiyalar bu işə daha diqqətlə yanaşmalıdırlar. Mənim şəxsi fikrim budur ki, bu, bir şəxsin cinayət ehtimalı olan davranışı ilə bağlıdır və burada sistematik problem görmürəm”.

Qeyd edək ki, aprelin 29-da Sumqayıt şəhərində tanınmış idmançı Mehman Xəlilov məşq zamanı tələbəsi olan 7 yaşlı Fərid Bakarova qarşı təhlükəli fənd işlədib. Nəticədə 7 yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. M.Xəlilov iş üzrə şübhəli şəxs qismində tutulub. Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Oxunub: 339
Paylaş:
Digər xəbərlər

Gündəm

2-05-2023, 14:34

Nazirlikdən 7 yaşlı uşağın ölümünə dair yeni AÇIQLAMA

Məktəblər

13-04-2023, 14:43

Nazir: Vakansiyaların hesablanması Elm və Təhsil Nazirliyində tamamilə avtomatlaşıb

Elm və təhsil

4-05-2023, 11:45

Nazirlik idman məktəblərində kimlərin məşq keçə biləcəyini açıqlayıb

Ali təhsil

20-04-2023, 11:23

Gənclər və idman naziri ADPU-nun Quba filialında tələbələrlə görüşüb - FOTO

Məktəblər

18-04-2023, 04:46

Nazir bəzi məktəb direktorlarının işdən çıxarılmasının səbəbini açıqlayıb

Araşdırma
Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi: Şok səs yazısı
Təhsildə Eyni Yolu Təkrarlayan Liderlər: Emin Əmrullayev və Təhsil Nazirliyinin Gələcəyi
Əmrullayevin-SAXTA: Altı Bəzək, Üstü Təzək Təhsil Siyasəti
Qanunsuzluqların Yuvasına Çevrilmiş Məktəb: Afaq Əliyeva Reallığı
Məktəblər açıldı, səsyazıları başladı...
Valideyn Komitələri: Məktəbdə “İkinci Direktorluq” Problemi
Elm və Təhsil
Dün, 12:19
Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi
Dün, 12:19
Ali təhsil almaq istəyən müəllimlərə şərait yaradılsın - TƏKLİF
Dün, 12:18
UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir
Dün, 12:17
Azərbaycan Universitetinin kafedra müdiri Elvin Talışınskinin həmmüəllif olduğu monoqrafiya çap olunub
Dün, 12:16
“Xaricdə təhsil yalnız yüksək nəticəli abituriyentlər üçündür”
2-10-2025, 19:58
Müvəqqəti jurnallar – yeni “biznes”?
Hadisə
Dün, 11:03
Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
2-10-2025, 19:58
Müvəqqəti jurnallar – yeni “biznes”?
1-10-2025, 14:14
Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi: Şok səs yazısı
Son xəbərlər
  • Dün, 12:19
    Vakant inzibati vəzifələr üçün daxili müsahibə elan edildi
  • Dün, 12:19
    Ali təhsil almaq istəyən müəllimlərə şərait yaradılsın - TƏKLİF
  • Dün, 12:18
    UNEC-də “İnklüziv ali təhsil” mövzusunda konfrans keçirilir
  • Dün, 12:17
    Azərbaycan Universitetinin kafedra müdiri Elvin Talışınskinin həmmüəllif olduğu monoqrafiya çap olunub
  • Dün, 12:16
    “Xaricdə təhsil yalnız yüksək nəticəli abituriyentlər üçündür”
  • Dün, 11:03
    Abdullayev Putin fonduna bir milyon dollar verib saat aldı
  • 2-10-2025, 19:58
    Müvəqqəti jurnallar – yeni “biznes”?
  • 2-10-2025, 10:01
    22 dəqiqəlik dərs: Müəllim iki siniflə eyni vaxtda məşğul olur
  • 2-10-2025, 09:59
    Emin Əmrullayev Ceyhun Kərəmovu işdən ÇIXARDI
  • 2-10-2025, 09:43
    Elnur Nəsibov vəzifəsindən azad olunub
  • 2-10-2025, 09:42
    Bakıda məktəb liseyə birləşdirilir - Müəllimlər NARAHATDIR
  • 2-10-2025, 09:41
    İtaliya-Azərbaycan Universiteti: Avropa təcrübəsi Azərbaycana gəlir
  • 1-10-2025, 20:14
    Şəhid Əzizbəy Muradovun atası baxça müdirəsi Sevinc Mikayılovanın gizlin əməllərini ifşa etdi: Uşaqların ərzaqları oğurlanır…. Gündəm
  • 1-10-2025, 14:14
    Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi: Şok səs yazısı
  • 30-09-2025, 12:13
    UNEC rektoru Çində “Huawei” ilə əməkdaşlıq imkanlarını müzakirə edib
  • 30-09-2025, 12:13
    Eksperti: “Tələbələr üçün güzəştli nəqliyyat kartı hazırlanmalıdır”
  • 30-09-2025, 12:12
    281 nömrəli məktəbdə QALMAQAL
  • 30-09-2025, 12:12
    Şirvan-Salyan RTİ işə qəbul üçün müsabiqə elan edib
  • 30-09-2025, 12:10
    4-cü sinifdən sonra bəzi fənlər könüllü olmalıdır - TƏKLİF
  • 30-09-2025, 12:09
    5-ci sinifdən süni intellekt dərsləri: Azərbaycan buna hazırdırmı?
  • 30-09-2025, 11:00
    Təhsildə Eyni Yolu Təkrarlayan Liderlər: Emin Əmrullayev və Təhsil Nazirliyinin Gələcəyi
  • 29-09-2025, 23:24
    Əmrullayevin-SAXTA: Altı Bəzək, Üstü Təzək Təhsil Siyasəti
  • 29-09-2025, 18:15
    Qanunsuzluqların Yuvasına Çevrilmiş Məktəb: Afaq Əliyeva Reallığı
  • 29-09-2025, 12:30
    Əmrullayev etiraf etdi: indi qaldı istefa verməsi... - FAKT BUDUR!
  • 29-09-2025, 11:22
    Təhsildə “Atamanlıq Sistemi”: Qanun Yox, Himayədarlıq İşləyir
  • 29-09-2025, 11:18
    Təhsildə İkiüzlülük: Qadağan Edilən Amma Davam Edən Pul Yığmaları
  • 29-09-2025, 11:12
    Müstəqil universitet modeli iflasa uğrayır - Professor
  • 29-09-2025, 11:11
    Bakıda beynəlxalq innovasiya sammiti başlayıb
  • 29-09-2025, 11:10
    9-cu sinifdən çıxan şagirdlər növbəti il kolleclərə sənəd verə bilər? - DİM
  • 29-09-2025, 11:10
    Özbəkistanlı tələbə: “BMU akademik və şəxsi inkişafımda əvəzsiz rol oynayıb”
  • 29-09-2025, 11:09
    Azərbaycan gəncləri qlobal səviyyəyə çıxacaq - Nazir
  • 27-09-2025, 20:27
    Vəhdət Partiyasının rəhbərliyi və nümayəndələri Zəfər Parkında şəhidlərimizin xatirəsin yad edib
  • 27-09-2025, 16:32
    Vəhdət Partiyası Anım Gününə həsr olunmuş "Yaşatmaq ən böyük qəhrəmanlıqdır” şüarı altında könüllü qanvermə aksiyası keçirib
  • 26-09-2025, 17:15
    Vəhdət Partiyasının 27 Sentyabr- Anım Günü ilə əlaqədar BƏYANATI
  • 26-09-2025, 09:16
    Məktəblər açıldı, səsyazıları başladı...
Daha çox
1-10-2025, 14:14
Afaq Əliyevanın "qara kassa"sı belə ifşa edildi: Şok səs yazısı
30-09-2025, 11:00
Təhsildə Eyni Yolu Təkrarlayan Liderlər: Emin Əmrullayev və Təhsil Nazirliyinin Gələcəyi
29-09-2025, 18:15
Qanunsuzluqların Yuvasına Çevrilmiş Məktəb: Afaq Əliyeva Reallığı
29-09-2025, 11:22
Təhsildə “Atamanlıq Sistemi”: Qanun Yox, Himayədarlıq İşləyir
29-09-2025, 23:24
Əmrullayevin-SAXTA: Altı Bəzək, Üstü Təzək Təhsil Siyasəti
29-09-2025, 11:18
Təhsildə İkiüzlülük: Qadağan Edilən Amma Davam Edən Pul Yığmaları
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Baş redaktor: Sakit Muradov
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə