Sizin Reklam Burada
  • Ana səhifə
  • Gündəm
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Rəsmi
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Ekologiya
  • Maraqlı
  • Köşə
  • Video
  • Elm və təhsil
    • Məktəbəqədər təhsil
    • Məktəblər
    • Ali təhsil
    • Kolleclər
    • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Maraqlı
  • Köşə
  • Video

18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Mədəniyyət

18-04-2023, 11:07

 

Aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (ICOMOS) təklifi ilə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.

tehsil.media xəbər verir ki, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə təşkilata üzv ölkələrə müraciət edib. Müraciətdə dünya ictimaiyyətinin aprelin 18-ni Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd etdiyi, bu əlamətdar günün bütün dünyada, o cümlədən İslam aləmində maddi və qeyri-maddi mədəni irsin əhəmiyyətini diqqətə çatdırmaq üçün bir fürsət olduğu vurğulanıb.

Qeyd edək ki, bu əlamətdar gün Azərbaycanda da geniş qeyd olunur. Hər il bu tarixdə qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər təşkil edilir.

İnsanın yaratdığı abidələr, yaşadığı yerlər zahirən dilsiz olsa da, mövcud durumu ilə bizə çox şey söyləyir. Abidələrin və tarixi yerlərin dağıdılması xalqın, millətin varlığının məhvi deməkdir. Təkcə XX əsrdə baş vermiş iki dünya müharibəsi nəticəsində nə qədər dağıntılar olub. Hazırda dünyada minlərlə abidə məhv olmaq təhlükəsi ilə üz-üzədir. Bu baxımdan Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün təsis olunması böyük əhəmiyyətə malikdir.

Ölkəmiz dünyada bəşər sivilizasiyasının ilkin meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri göstərir ki, Azərbaycanda yaşamış insanların keçdikləri keşməkeşli və şərəfli yollar qədim yaşayış məskənlərində və çoxsaylı abidələrdə öz əksini tapıb. Yaşadığımız dövrə gəlib çatan bu abidələr hazırda çox qiymətli nümunələr kimi qorunur. Ölkəmizin hər yerində yaşı əsrləri və minillikləri əhatə edən tarixi abidələr mövcuddur. Bütün bunlar xalqımızı torpağa, əcdadlarına bağlayan qırılmaz tellərdir. Azıx mağarasından tapılmış və azıxantrop adlandırılan qədim insanın alt çənə sümüyü Azərbaycanın dünyada ən qədim ibtidai insan məskənlərindən biri olmasını sübut edir. Qobustanda aşkar edilmiş yaşayış məskənləri bu ərazidə ən qədim dövrlərdən insanların məskunlaşdığını təsdiqləyir.

Ölkəmizin ərazisində Manna, daha sonralar cənubda Atropatena dövlətinin yaranması nəticəsində şəhərlər salınıb, müdafiə tikililəri, əzəmətli qala divarları inşa edilib. Qafqaz Albaniyası dövründə şəhərsalma sahəsində mühüm addımlar atılıb. Qəbələ şəhərinin möhkəm qala divarları, saxsı borularla çəkilmiş su kəməri, Dəmirqapı keçidində daşdan tikilmiş müdafiə sistemi, Çıraqqala, Ləkit kəndindəki dairəvi xristian məbədi və digər yerlər şəhərsalma mədəniyyətinin yüksək səviyyəsini göstərir. Ümumiyyətlə, İslamdan əvvəl və sonra ölkəmizin ərazisində qiymətli abidələr inşa olunub. Orta əsrlərə aid abidələr (Möminə Xatun, Qarabağlar, Gülüstan, Bərdə türbələri, Şirvanşahlar sarayı, Şəki xan sarayı, Şuşa şəhərinin abidələri və s.) nəinki Şərq, hətta dünya memarlığının ən gözəl incilərindəndir. Bu məqamda ulu öndər Heydər Əliyevin müdrik kəlamlarını qeyd etmək yerinə düşər: "Biz tarixi keçmişimizə nəzər salarkən, ulu babalarımızın yaratdığı və indiyə qədər yaşayan abidələrlə, qalalarla, şəhərlərlə, heykəllərlə, yollarla – yaradılan hər bir şeylə fəxr edir və bunları yaradanları daim xatırlayır, onlara öz minnətdarlığımızı bildiririk”.

Abidələrimizin və tarixi yerlərimizin məhv olmaq təhlükəsi ölkəmizin bəzi bölgələrindən də yan ötməyib. İşğaldan azad edilmiş torpaqlarımızda Ermənistanın hərbi birləşmələri milli mədəniyyət abidələrimizi qəddarcasına dağıdıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 2 avqust tarixli Qərarı ilə təsdiq edilmiş dövlət tərəfindən mühafizə olunan daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısında Qobustan qoruğunda 1067 sayda dünya əhəmiyyətli, "İçərişəhər” Tarix-Memarlıq Qoruğunda 3 dünya, 93 ölkə, 2568 yerli əhəmiyyətli, "Qala” Tarix-Etnoqrafiya Qoruğunda 7 ölkə, 234 yerli, "Nardaran” Tarix-Mədəniyyət Qoruğunda 1 dünya, 5 ölkə, 7 yerli, "Atəşgah məbədi” Tarix-Memarlıq Qoruğunda 1 dünya əhəmiyyətli tarixi abidə qeydə alınıb. Son illər ərazidə 1700-dək yeni abidə aşkar olunub. Tariximizin təcəssümü olan bu abidələr turizm baxımından da böyük əhəmiyyət daşıyır.

Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın ölkə daxilində və xaricində həyata keçirdikləri böyük işlər hər kəs üçün ən gözəl örnəkdir.

"İçərişəhər” memarlıq kompleksi, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib. Qobustandakı muzey isə 2013-cü ildə Avropanın ən yaxşı muzeyləri sırasında olub. Milli mədəni irsin qorunmasını təmin etmək, "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasını həyata keçirmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq olunmuş "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı” isə görüləcək işlərin istiqamətini dəqiq müəyyən edən qiymətli sənəddir. Bu sənədə daşınmaz tarix-mədəniyyət abidələrinin yeni siyahısının tərtibi, bərpa-konservasiya işlərinə dair normativ sənədlərin beynəlxalq standartlara uyğunlaşdırılması, qoruqların maddi-texniki bazasının gücləndirilməsi, yüksəkixtisaslı kadrların hazırlanması, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişafı kimi vacib məsələlər daxil edilib.

Azərbaycan rəhbərliyinin böyük diqqət və qayğısı sayəsində ölkəmizdə tarixi abidələrin tədqiqi, mühafizəsi və bərpası, mədəniyyət nümunələrinin beynəlxalq aləmdə təbliği istiqamətində böyük işlər görülür. Bütün bunlar isə Azərbaycanın qlobal dünyaya öz maddi və mənəvi mədəniyyəti ilə birgə inteqrasiyasını təmin edir.

 



 




Oxunub: 316
Paylaş:
Digər xəbərlər

Mədəniyyət

16-04-2023, 13:18

Kitabxanada Dünya İncəsənət Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb

Məktəbəqədər təhsil

14-04-2023, 11:08

Nazirlik: Bakı, Sumqayıt, Abşeronda kifayət qədər bağça yoxdur

Mədəniyyət

18-04-2023, 03:30

Beynəlxalq Uşaq Kitabları Şurasının sertifikatları təqdim olunub

Mədəniyyət

18-04-2023, 10:30

“Heydər Əliyev ideyaları və müasir dövr” mövzusunda respublika konfransı keçirilib - FOTO

Mədəniyyət

15-04-2023, 13:43

Bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anım günüdür

Araşdırma
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Növbəti Afaq Əliyeva BİABIRÇILIĞI: Bu dəfə nazir Emin Əmrullayev və MÜTDA direktoru ÇƏTİN VƏZİYYƏTƏ DÜŞDÜ - VİDEO
Şəhid ailəsi FƏRYAD EDİR: Torpağımı zəbt ediblər, Sabunçu İcra Hakimiyyəti kömək etmir - VİDEO
Elm və Təhsil
Dün, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
Dün, 18:36
Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
Dün, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
Dün, 18:35
Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
Dün, 14:15
Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
Dün, 14:14
BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
Hadisə
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
16-07-2025, 15:39
Bakıda Porşe ilə "at oynadan" xanım sürücü haqda MARAQLI FAKTLAR: Müəllim maaşı ilə yüz minlik maşın, pozulan qanunlar ... - VİDEO
15-07-2025, 23:45
Şıx sanatoriyasında turizm yox, fırıldaqçılıq: Rusiyalı turistdən sərt ittihamlar
Son xəbərlər
  • Dün, 18:37
    Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
  • Dün, 18:36
    Sertifikasiyadan kəsilən müəllimlərin sosial vəziyyət nəzərə alınacaq
  • Dün, 18:36
    Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
  • Dün, 18:35
    Sabahdan MİQ üzrə vakansiya seçimi BAŞLAYIR
  • Dün, 14:15
    Magistratura səviyyəsi üzrə ixtisaslarda artıq əsas yerləşdirmə prosesi yekunlaşıb.
  • Dün, 14:14
    BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun tarixləri açıqlanıb
  • Dün, 14:13
    Hər il 100 mindən çox şəxs peşə təhsili ala bilər
  • Dün, 14:13
    Şərqi Zəngəzur regionunda çalışan müəllimlərin SAYI
  • Dün, 14:12
    II və III ixtisas qruplarında 700 bal niyə tarixə qarışdı?
  • Dün, 14:12
    PMS imtahanının II mərhələsinə qeydiyyat davam edir
  • Dün, 14:11
    Yuxu rejimi təhsildə uğuru necə müəyyən edir? - Müqayisəli beynəlxalq təhlil
  • Dün, 14:10
    Ali məktəbə qəbul olanlar üçün qeydiyyat: Onlayn, yoxsa əyani?
  • Dün, 14:09
    Gəncə-Daşkəsən RTİ-də 206 müəllimi işdən kənarlaşdırılıb
  • Dün, 14:09
    Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib
  • Dün, 14:08
    Müəllimlərin imtahanlarına görə məktəblər bağlandı
  • 28-07-2025, 20:08
    Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
  • 28-07-2025, 20:02
    Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar
  • 27-07-2025, 13:22
    Azərbaycan və Gürcüstan nazirləri Quba STEAM Mərkəzində olublar
  • 26-07-2025, 13:49
    Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
  • 26-07-2025, 13:48
    Məleykə Abbaszadə “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb
  • 26-07-2025, 13:47
    Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
  • 26-07-2025, 13:46
    MÜTDA: Portala girişdə qısamüddətli yüklənmə müşahidə olunub
  • 26-07-2025, 13:45
    Əli Əsədov Gürcüstanın təhsil, elm və gənclər naziri ilə görüşüb
  • 25-07-2025, 14:00
    Tələbə və doktorantlara dövlət qayğısının növbəti əyani təzahürü
  • 25-07-2025, 13:59
    MDU-da daha bir əməkdaşlıq memorandumu imzalanıb
  • 25-07-2025, 13:58
    Professordan TƏKLİF: Fəxri adlara nəzarət gücləndirilsin
  • 24-07-2025, 10:56
    Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
  • 24-07-2025, 10:49
    Emin Əmrullayev Çin Xalq Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
  • 24-07-2025, 10:48
    Qəbul imtahanının nəticələri bu gün açıqlana bilər? - RƏSMİ
  • 24-07-2025, 10:47
    Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin sərgisində təmsil olunacaq
  • 24-07-2025, 10:47
    Ölkədə 3300-dən çox doktorant təhsil alır: Yarıdan çoxu QADINDIR
  • 24-07-2025, 10:46
    Xaricdə təhsil alan 171 nəfərə akademik şəhadətnamə verilib
  • 23-07-2025, 16:41
    Maddə Asılılığının Müalicəsində Biopsixososial Yanaşma: Həyat Naminə Reabilitasiya Mərkəzi və Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin Əməkdaşlığı
  • 23-07-2025, 16:40
    Dağlıq Şirvan Regional Təhsil İdarəsində 2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.
  • 22-07-2025, 23:08
    Dağlıq Şirvan Regional Təhsil İdarəsində 2024-2025-ci tədris ilinin yekunlarına həsr olunmuş hesabat tədbiri keçirilib.
Daha çox
28-07-2025, 20:08
Hüquq sistemi Lamiyə İlhamsoyun bu addımından ŞOKA DÜŞDÜ: Sabiq direktor bu şəxsləri eyni anda iki məhkəməyə verdi 
24-07-2025, 10:56
Müəllimlərin dərəcə haqsızlığı: Qeyri-ixtisaslı müəllimlərin maaşları niyə azaldıldı?
Dün, 18:36
Sertifikasiyanın müsahibə mərhələsinin vaxtı AÇIQLANDI
Dün, 18:37
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimində YENİLİK
26-07-2025, 13:47
Təqaüd artımı tələbələrin dərslərinə fokuslanmasına imkan verəcək
26-07-2025, 13:49
Gələn həftə ixtisas seçimi BAŞLAYIR?- RƏSMİ
Sosial şəbəkələrimiz:
  • Elm və təhsil
  • Məktəbəqədər təhsil
  • Məktəblər
  • Ali təhsil
  • Kolleclər
  • Peşə təhsili
  • Mədəniyyət
  • Araşdırma
  • Müsahibə
  • Hadisə
  • Araşdırma
  • Dünya
  • Müsabiqələr
  • Layihələr
  • Şikayətlər
  • Maraqlı
  • Təsisçi: Təhsil Media MMC
  • E-mail: tehsilmedia23@gmail.com
  • Telefon: (+99470) 223 25 23
  • Whatsapp: (+99412) 342 93 70
Müəllif hüquqları qorunur. Tehsilmedia.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2023 Tehsilmedia.az
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə