Fərid Cəfərov Azərbaycan mədəniyyət nazirinin müavini təyin edilib.
TehsilMedia.az xəbər verir ki, Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsində təhsil alan Fərid Cəfərov bu təyinata qədər Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru olub.
Eyni zamanda Heydər Əliyev Fondunda çalışıb, Heydər Əliyev Mərkəzinin humanitar və sosial layihələr departamentinin direktoru olub.
Bundan başqa, o, ardıcıl olaraq Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyində attaşe, III katib və II katib, BMT-nin İnkişaf Proqramı (UNDP) və BMT-nin Əhali Fondunun (UNFPA) İcraiyyə Şurası bürosunda vitse-prezident, XİN-də II katib, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Beynəlxalq Əməkdaşlıq şöbəsinin rəisi vəzifələrində çalışıb.